Bu il Azərbaycan əhalisinin yanacaq xərcləri 7 %-ə yaxın artıb

Bu il Azərbaycan əhalisinin yanacaq xərcləri 7 %-ə yaxın artıb ​​​​​​​Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 988,4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb
Energetika
15 May , 2024 12:38
Bu il Azərbaycan əhalisinin yanacaq xərcləri 7 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 988,4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.

Bu ilin ilk 4 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,8 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17 milyard manatlıq, o cümlədən 9,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 %, qeyri-ərzaq malları üzrə 5,1 % artıb.

Son xəbərlər

Orphus sistemi